hia.az
hia.az

“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat

45 dəfə baxılıb 27-07-2024, 16:27

“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub.

“Qafqazinfo”nun məlumatına görə, bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib.

Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər:

“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.

“Fransa-2” telekanalının bu təxribatındann sonra Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayacağı gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi