hia.az
hia.az

Azərbaycan növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 beynəlxalq təşkilata dəvət göndərib - SİYAHI

130 dəfə baxılıb 23-07-2024, 10:40

Azərbaycan növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 beynəlxalq təşkilata dəvət göndərib - SİYAHI

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycanın dəvət göndərdiyi beynəlxalq təşkilatların siyahısı məlum olub.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyi tərəfindən seçkiləri izləmək üçün 7 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar ATƏT DTİHB, MDB, İƏT, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, ŞƏT və TDT-dir.

Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar arasında АТӘТ РА, MDB PA, TürkPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yer alır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi