hia.az
hia.az

"NY Post": Demokratlar Baydeni vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər

118 dəfə baxılıb 23-07-2024, 09:14

"NY Post": Demokratlar Baydeni vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər

Demokrat Partiyasının yüksək vəzifəli rəsmiləri ABŞ lideri Cozef Baydenin prezidentlik yarışından çəkilməyə razı olmayacağı təqdirdə onu vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər.

Partiya elitaları Baydeni yenidən seçilməkdən imtina etməyə inandırmaq istədikləri zaman siyasətçi qəzəb, paranoya və məyusluq nümayiş etdirib.

Nəşr qeyd edib ki, prezident sonuna qədər müqavimət göstərib. Yekun qərar isə partiyanın yüksək vəzifəli şəxslərinin Baydeni hədələməyə başlamasından sonra verilib.

ABŞ Konstitusiyasına edilən 25-ci düzəlişə əsasən, vitse-prezident prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi və ya fəaliyyət qabiliyyətini itirdiyi halda dövlət başçısı vəzifəsini icra edir. Bundan əlavə, düzəliş Amerika liderinin müvəqqəti fəaliyyət qabiliyyətini itirməsinin müəyyən edilməsi prosedurunu müəyyən edir, bu zaman vitse-prezident ölkə rəhbəri kimi fəaliyyət göstərməyə başlayır.

Bayden iyulun 21-də vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsini dəstəkləyərək, yenidən dövlət başçısı seçilmək istəməyəcəyini açıqlayıb.("New York Post")


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi