hia.az
hia.az

Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu

117 dəfə baxılıb 22-07-2024, 19:06

Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu

22 iyul 2024-cü il, Bakı–Azərbaycanın milli aviadaşıyıcısı AZAL İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində Naxçıvana səyahət edən vətəndaşlar üçün yeni imkan təqdim edir.

Sərnişinlər AZAL-ın Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.

Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.

Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi