hia.az
hia.az

Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz

84 dəfə baxılıb 22-07-2024, 09:02

Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz


ABŞ Prezidenti Cozef Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz.

Bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndi ölkəmizi kim idarə edir? Co (Bayden-red) harada olduğunu bilmir, ona görə də o, ölkəni idarə edə bilməz”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi