hia.az
hia.az

DİN-dən bank kartları ilə bağlı - Çağırış

27 dəfə baxılıb 20-07-2024, 14:38

DİN-dən bank kartları ilə bağlı - Çağırış

“Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur”.

Bu barədə DİN-in vətəndaşlara çağırışında deyilir.

Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal - müraciət, təklif, vəd, qazanc təklifi vətəndaşın aldadılmasına yönələn tələdir:

“Vətəndaşlar “WhatsApp”, “Telegram, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdırlar.

“Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin“ adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.
İyulun 19-da ayrı-ayrı şəxslərin - 16 780, 9 745, 7 550, 3 070, 3 026, 2 807, 1 951, 1 380, 1 320, 1 102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb. Bütün oğurluq halları yalnız bir üsulla - bank kart məlumatları aldadılıb ələ keçirilməklə törədilir.

Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, cəlbedici görünən hər bir təklif yalandır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi