hia.az
hia.az

Pezeşkianın rəqibinin korrupsiya faktları üzə çıxdı

109 dəfə baxılıb 17-07-2024, 16:50

Pezeşkianın rəqibinin korrupsiya faktları üzə çıxdı

Prezident seçkilərində Məsud Pezeşkianın rəqibi olan Tehran meri Əlirza Zəkaninin korrupsiya faktları üzə çıxıb.

Bu barədə sosial media kanallarında paylaşımlar edilib.

Bildirilib ki, Əlirza Zəkani bir neçə avtobus və elektriklə işləyən avtomobil almaq üçün Çin hökumətinə 2 milyard dollar pul ödəyib.

“Zəkaninin ödədiyi məbləğin 1 milyardı ilə Çin Türkiyədə avtomobil istehsalı zavodu təsis edib. Soruşuruq ki, niyə bir neçə avtobus və avtomobilə görə iki zavodun pulunu ödəyibsiniz? Deyirlər, gizli məlumatdır”, - tanınmış media fəalı Məhəmməd Parsi yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Əlirza Zəkaninin işdən qovulması tələbi ilə kampaniya başladılıb və on minlərlə tehranlı petisiyanı imzalayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi