hia.az
hia.az

Rəşad Hüseynov direktor təyin olundu

111 dəfə baxılıb 17-07-2024, 12:51

Rəşad Hüseynov direktor təyin olundu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin rəhbərliyində dəyişiklik olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsinə Rəşad Hüseynov təyin edilib.

O bu vəzifədə Firdovsi Fikrətzadəni əvəzləyəcək. 2019-cu ildən ATM-ə rəhbərlik etmiş Firdovsi Fikrətzadə bu il iyunun 10-da öz ərizəsi ilə işdən azad olunub.

Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzinin yeni rəhbəri Rəşad Hüseynov buna qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini vəzifəsində çalışıb. Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili almış Rəşad Hüseynov Almaniyanın Weinhenstephan Triestdorf Tətbiqi Elmlər Universitetində biznesin idarıə edilməsi üzrə, Bonn Universitetində isə Qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb. 2010-2015-ci ildə Bonn Universitetində doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi ünvanı alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi