hia.az
hia.az

Prezidentdən İbrahim Məmmədovla bağlı SƏRƏNCAM

25 dəfə baxılıb 16-07-2024, 16:10

Prezidentdən İbrahim Məmmədovla bağlı SƏRƏNCAM

İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, İ.Məmmədov media sahəsində səmərəli fəaliyyətinə görə ordenlə təltif olunub.

Qeyd edək ki, İbrahim Məmmədov hazırda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyir.

İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb.

O, "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.

2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. Eyni zamanda AzTV-də "Həftə" adlı analitik proqramın müəllifi və aparıcı olub.

2012-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib. 2015-ci ildə AzTV rəhbərliyindən azad edilib.

2015-ci ilin sentyabrından 2019-cu ilin noyabrınadək ARB TV-də sədr müavini vəzifəsini tutub.

2019-cu ilin 19 noyabrında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib.

Ailəlidir, 2 övladı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi