hia.az
hia.az

Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Günlərinin iştirakçılarını təbrik edib

72 dəfə baxılıb 12-06-2024, 10:27

Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Günlərinin iştirakçılarını təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 10-dan 14-dək Daşkənddə davam edəcək Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarını təbrik edib.

Bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.

“Azərbaycan Mədəniyyət Günləri qardaş Azərbaycan torpağında keçirilən Özbəkistanın Mədəniyyət Günlərinin məntiqi davamıdır”, - o vurğulayıb.

Ş.Mirziyoyev qeyd edib ki, özbəklər qardaş Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli adət-ənənələri və dəyərləri ilə tanış ola biləcəklər. Eləcə də, Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları Özbəkistanda baş verən dəyişikliklərlə, onun tarixi-mədəni xüsusiyyətləri ilə daha yaxından tanış ola biləcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi