hia.az
hia.az

Biz hazırıq, Türkiyədən xəbər gözləyirik – Rubinyan

164 dəfə baxılıb 11-06-2024, 16:45

Biz hazırıq, Türkiyədən xəbər gözləyirik – Rubinyan


Ermənistan hələlik Türkiyədən sərhədin açılması istiqamətində addımlar görmür, lakin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçiriləcəyinə ümid edir.

Bunu Ermənistan parlamentinin vitse-spikeri, Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

Rubinyanın sözlərinə görə, Ermənistan “Marqara” keçid məntəqəsinin açılması üçün bütün işləri başa çatdırıb, bütün infrastruktur hazırdır.

O, görüş və dialoqun olmaması ilə bağlı deyilənlərlə razılaşmadığını vurğulayıb:

“İki ölkənin xarici işlər nazirləri 2024-cü il fevralın sonunda Antalyada keçirilən diplomatik forumda görüşüblər”.

Qeyd edək ki, 2022-ci ilin iyulunda tərəflər birinci mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi