hia.az
hia.az

Akşener Ankarada özünə ofis açır - Məqsədi nədir?

155 dəfə baxılıb 11-06-2024, 11:43

Akşener Ankarada özünə ofis açır - Məqsədi nədir?


Türkiyədə İYİ Partiyanın sabiq sədri, keçmiş daxili işlər naziri Meral Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib.

Bunu tanınmış jurnalist İsmail Saymaz açıqlayıb.

Onun sözlərinə görə, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını diqqətə çatdırıb.

Akşenerin ofisi hansı məqsədlə tutduğu, siyasi proseslərə təsir etmək niyyətində olub-olmadığı bəlli deyil. Lakin bir neçə gün öncə onun İYİ Partiyanın sabiq sədri qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi partiyasında və bütövlükdə müxalifətdə birmənalı qarşılanmayıb. Görüşün detalları ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kemal Kılıçdaroğlu da sədrlikdən getdikdən sonra Ankarada ofis açmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi