hia.az
hia.az

BƏƏ-nin inkişaf naziri: COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacaq

146 dəfə baxılıb 11-06-2024, 11:12

BƏƏ-nin inkişaf naziri: COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacaq


BƏƏ Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacağına əmindir.

Bunu BƏƏ-nin inkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanı bu ilin noyabrında COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Ölkənin bərpa olunan enerjinin və davamlı inkişafın təşviqində qabaqcıl səylərini nəzərə alaraq, Azərbaycanın rəhbərliyi altında COP29-un tarixi uğur qazanacağına əminik”, - o vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi