hia.az
hia.az

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verilib

105 dəfə baxılıb 10-06-2024, 08:25

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verilib

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib. Bir neçə saatdan sonra yaxınlarının yaşadığı evin önündə vida mərasimi başlayacaq.

Xatırladaq ki, hadisə dünən baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi