hia.az
hia.az

Rusiyanın Ukraynadakı itkiləri 505 mini geridə qoydu

101 dəfə baxılıb 29-05-2024, 09:56

Rusiyanın Ukraynadakı itkiləri 505 mini geridə qoydu


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 505 100 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 33 zirehli döyüş maşını, 37 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.(UNIAN)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi