hia.az
hia.az

“ƏSA” teatrının kollektivi Naxçıvana yola düşüb

241 dəfə baxılıb 28-11-2018, 13:23

“ƏSA” teatrının kollektivi Naxçıvana yola düşübƏlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” teatrının kollektivi bu gün Naxçıvan şəhərinə qastrol səfərinə yola düşüb.

Teatrın baş meneceri Nicat Qulamın AZƏRTAC-a verdiyi məlumata görə, qastrol zamanı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində bir tamaşa nümayiş etdiriləcək. Belə ki, noyabrın 29-da, teatrın rəhbəri və baş rejissoru Nihad Qulamzadənin quruluşunda Amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povesti əsasında “Adamlar və siçanlar” tamaşası təqdim ediləcək. Bu tamaşada quruluşçu rejissor həm də Körli rolunu ifa edəcək.

Xatırladaq ki, tamaşanın premyerası 2017-ci il dekabrın 19-da olub.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, rejissoru Elşən Əsgərov, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lələyev, Nihad Ari, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Coşqun Məmmədov canlandıracaqlar.

Qeyd edək ki, tamaşanın nümayişi ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi