hia.az
hia.az

ABŞ Gürcüstan rəsmilərinə sanksiyalar tətbiq edəcək

80 dəfə baxılıb 24-05-2024, 09:41

ABŞ Gürcüstan rəsmilərinə sanksiyalar tətbiq edəcək

ABŞ Dövlət Departamenti "Xarici agentlər" qanununa görə Gürcüstan rəsmilərinə sanksiya tətbiq ediləcəyini açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, dövlət katibi Entoni Blinkenin bəyanatında Gürcüstan hökumətinin etirazların dağıdılmasında "repressiv taktikalar"dan və "milli təhlükəsizlik qanunu"ndan istifadə etdiyi, bunun Gürcüstanda demokratiyanı baltaladığı qeyd olunub.

"Bu fəaliyyətlərə cavab olaraq Dövlət Departamenti Gürcüstan üçün Gürcüstanda demokratiyanın baltalanmasına görə, məsuliyyət daşıyan və ya buna şərik olan fərdlərə, həmçinin onların ailə üzvlərinə tətbiq ediləcək yeni viza məhdudiyyəti siyasəti tətbiq edir. Bura Gürcüstanda zorakılıq və təhdid kampaniyaları ilə vətəndaş cəmiyyətini və sərbəst toplaşmaq azadlığını boğmağa çalışanlar da daxildir", - bəyanatda qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi