hia.az
hia.az

Kolleclərdə yeni hərbi ixtisaslar - Yerli mütəxəssislər yetişəcək

20 dəfə baxılıb 22-05-2024, 15:54

Kolleclərdə yeni hərbi ixtisaslar - Yerli mütəxəssislər yetişəcək

Ötən gün orta ixtisas təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərar Azərbaycan Ordusunun tələb və ehtiyaclarına uyğun olaraq gizir hazırlığının həyata keçirilməsi məqsədilə qəbul edilib. Qərara əsasən, “Uçan aparatların texniki istismarı” və “Müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları yaradılıb.

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 3 kollec yaradılıb. Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Yeni ixtisaslar ölkədə həm pilotsuz uçuş aparatlarının idarə olunmasında, həm də digər hərbi fəaliyyətlərin inkişaf etməsində mühüm rol oynayacaq.

"Azərbaycan müdafiə qabiliyyətinin möhkəmləndirilməsində çox ciddi rol oynayacaq"

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsininin üzvü Aydın Mirzəzadə bildirib ki, Baş nazir tərəfindən imzalanan qərar müdafiə qabiliyyətinin güclənməsində çox böyük rol oynayacaq:

“Azərbaycan müdafiə qabiliyyətini möhkəmləndirmək üçün zaman-zaman müvafiq addımlar atır. Burada özümüzün hərbi təcrübəmizidən, həm də dünya hərb elmində müharibə təcrübəsində istifadə olunan yeniliklər nəzərə alınır. Müasir dövrdə Pilotsuz Uçan Aparatlarının (PUA) hərbi əməliyyatlarda rolu kəskin sürətdə artıb. Aydın məsələdir ki, bunlara həm texniki xidmət göstərilməsi, həm də idarəedilməsi üçün mütəxəssislərin hazırlanması olduqca vacib məsələdir. Bu baxımdan ixtisaslar təsnifatına yeni ixtisasın əlavə edilməsi Azərbaycan müdafiə qabiliyyətinin möhkəmləndirilməsində çox ciddi rol oynayacaq. Gələcəkdə də, yeni texnikaların meydana gəlməsi zamanı tələb olunan ixtisas hazırlığı üzrə müvafiq addımlar atılacaq. Görünən odur ki, Azərbaycan Ordusu özünün döyüş hazırlığına, tüxniki təchizatına, peşəkar kadr ehtiyyatına görə dünyada diqqətçəkən yer tutur. Azərbaycan müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünə qorumaq üçün dünyanın diqtə etdiyi bütün qaydaları özündə tətbiq edir”.
Kolleclərdə yeni hərbi ixtisaslar - Yerli mütəxəssislər yetişəcək

Aydın Mirzəzadə söyləyib ki, sözügedən məsələlər Prezident İlham Əliyevin diqqət mərkəzindədir:

“Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev belə məsələlərə xüsusi diqqət göstərir. Onun vaxtaşırı hərbi hissələrə getməsi, yeni texnikanın tətbiq edilməsi tədbirlərində iştirakı, hərbi quruculuq sahəsində verdiyi tapşırıqlar onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da müasir tələblərə uyğun olaraq, ərazi bütövlüyünü, müstəqilliyini qorumaq qabiliyyətində olacaq”.

"Kolleclərin proqramlarına yeni ixtisasların əlavə edilməsi mümkündür"

Hərbi ekspert Ədalət Verdiyev orta ixtisas təhsil müəssisələrində "uçan aparatların texniki istismarı” və “müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları daxil edilməsi məqsədəuyğun addım olduğunu vurğulayıb:

“Bu gündən Azərbaycan Ordusuna kiçik peşəkar kadrlar hazırlayacaq kolleclər fəaliyyətə başlayacaq. Bu kolleclərdə təhsil alan heyətin Azərbaycan Ordusunda zərurət duyulan və onun tələblərini, ehtiyaclarını qarşılayacaq mütəxəssislərin hazırlanması gözlənilən idi. Orta ixtisas təhsil müəssisələrində "uçan aparatların texniki istismarı” və “müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları daxil edilməsi məqsədəuyğun addımdır. Bu, ordumuzun imkan və potensialını artırmaq, onun ixtisaslı kadrlara olan ehtiyacını ödəmək baxımından uğurlu addımdır”.

Hərbi ekspertin fikrincə, gələcəkdə də ordumuzun tələb və ehtiyacları nəzərə alınaraq, bu kolleclərin proqramlarına yeni ixtisasların əlavə edilməsi mümkündür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi