hia.az
hia.az

Türkiyəli ekspert İrandakı helikopter qəzasında diqqətdən yayınan məqamlara toxunub

137 dəfə baxılıb 21-05-2024, 08:28

Türkiyəli ekspert İrandakı helikopter qəzasında diqqətdən yayınan məqamlara toxunub

Türkiyədə ekspert İlyas Bozkurt “Haber Global” telekanalının studiyasında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya düşməsi ilə bağlı diqqətdən yayınan məqamlara toxunub.

İlk diqqət çəkən məqam İranın dövlət başcısının daşınması üçün nəzərdə tutulan helikopterin istehsal tarixidir. Digər tərəfdən, pilot dumanlı havada səfərini təxirə salmalı idi:

“Səfər planı əvvəlcədən hazırlanır. Əgər havada hər hansı dəyişiklik varsa, müvafiq quruma məruz edilir. “Bell 412” helikopterləri 1979-cu il üçün müasir olsa da, 2024-ci il üçün çox köhnədir”, - deyə o bildirib.

Mütəxəssis hesab edir ki, helikopter hər hansı bir maneə ilə toqquşmayıb: “Helikopter yerə düşüb. Və yerə dəydikdən sonra yanmağa başlayıb. Raketlə vurulsa idi, tamam fərqli mənzərə olardı”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi