hia.az
hia.az

Meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verildi

189 dəfə baxılıb 11-04-2024, 19:54

Meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verildi

“Qalatasaray”la Superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verilib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, İntizam Komitəsinin qərarına əsasən, "Fənərbaxça"ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, komanda 4 milyon lirə, Ahmet Ketençi isə 520 min lirə cərimələnib.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra fənərbaxçalılar meydanı tərk ediblər. Beləliklə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi