hia.az
hia.az

QOXULARA qarşı sevgi nəyin əlamətidir

71 dəfə baxılıb 9-04-2024, 10:50

QOXULARA qarşı sevgi nəyin əlamətidir

Həyatda benzin, aseton, boya, yapışqan kimin kəskin qoxuları sevənlər olur. Hətta yağışdan sonra yayılan torpaq qoxusunu sevənlərə, diş pastası, tabaşır, qum və torpaqla qidalanmaq istəyənlərə də rast gəlmək mümkündür.

Həkimlər həmin halı orqanizmdə dəmir çatışmazlığının göstəricilərindən biri hesab edirlər. Kəskin qoxular sinir sisteminə təsir etdiyi üçün sakitəşdirici əhvali-ruhiyyə yaradır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bununla əlaqədar deyib: “Benzin, hər hansı yuyucu vasitələr, paltar sabunu qoxusuna qarşı yüksək həssaslığı olanlar var. Elmi ədəbiyyatda bunun bəzi açıqlamaları ilə rastlaşmaq olar. Araşdırmalara görə, benzin qoxusu sinir sisteminə və beyinə iki cür təsir göstərə bilər. Birincisi, benzin qoxusu uşaqlıq anlarının, bəzən həyatda müəyyən bir xatirələrin yada salınması əlaməti olaraq beyin mərkəzlərini qıcıqlandıra bilir. Xüsusilə benzin qoxusuna qarşı yaranan xoş duyğunun digər səbəbi daha maraqlıdır. Benzin uçucu, mulativ bir maddədir, onlar karbohidrogen adlanan xüsusi bir kimyəvi maddə olduğu üçün sürətli yayılmaq qabiliyyətinə malikdir və beynin qıcıqlandırımasına səbəb olur. Bu, insanda həzz, xoş əhvali-ruhiyyə və defomin sintezinə səbəb olur”.

Qeyd edək ki, dəmir çatışmazlığı immun sisteminə birbaşa təsir göstərir. Həmin problemdən əziyyət çəkənlərdə mütəmadi baş ağrıları, ürəkbulanma, təngənəfəslik, yaddaş və diqqət pozuntusu müşahidə edilir. Ona görə də hansısa fərqli qoxulara qarşı maraq yaranandan sadəcə vərdiş hesab edib keçmək lazım deyil. Bu, hansısa çatışmazlığın əlaməti ola bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi