hia.az
hia.az

Rza Cavadxani vəfat etdi

18 dəfə baxılıb 5-04-2024, 08:28

Rza Cavadxani vəfat etdi

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi “X” sosial şəbəkəsində bildirib.

“Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə Prezident İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın şahidi olduğunu qeyd edib. Səfir Xəzər İbrahim və səfirliyimizin əməkdaşları adından onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Qəbri nurla dolsun”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rza Cavadxani ABŞ-də yaşayırdı. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayırlar. Cavad xanın nəslinin nümayəndəsi həm də Azərbaycan vətəndaşı idi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi