hia.az
hia.az

Rusiya aviaşirkəti Çelyabinskdən Bakıya uçuşlara başlayır

13 dəfə baxılıb 3-04-2024, 11:11

Rusiya aviaşirkəti Çelyabinskdən Bakıya uçuşlara başlayır

Bu gündən Rusiyanın “IrAero” aviaşirkəti Çelyabinsk-Bakı-Çelyabinsk marşrutu üzrə uçuşlara başlayır.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, reyslər hər həftənin çərşənbə günləri yerinə yetiriləcək.

Sərnişinlər Çelyabinskdən Bakıya yerli vaxtla saat 18:00-da yola düşəcək və saat 20:00-da Azərbaycanın paytaxtına çatacaq. Uçuş müddəti 3 saatdır. Uçuşlar “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.

Qrafikə əsasən, təyyarə Bakıdan ertəsi gün saat 13:00-da Çelyabinskə qayıdacaq. Planlaşdırılan eniş vaxtı saat 16:50-dir.

“Azərbaycan çox maraqlı istiqamətdir. COVID-19 pandemiyadan əvvəlki dövrdə Bakının dənizkənarı kurort olması səbəbindən bu uçuşlara tələbat var idi. Bundan əlavə, Azərbaycanda çox müxtəlif və maraqlı ekskursiya proqramları var və ölkə öz qastronomiyası ilə məşhurdur. Tələbatın olacağı başqa bir sahə sağlamlıq turizmidir, çünki Azərbaycanda çoxlu gözəl kurortlar var”, - "Çelyabinsk Turizm Təşkilatları Assosiasiyası"nın prezidenti İnna Loboda qeyd edib.

KİV-lərin məlumatına əsasən, Rusiyanın federal turoperatorları artıq Çelyabinskdən yola düşməklə Azərbaycana paket turlar hazırlayıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi