hia.az
hia.az

Qənirə Paşayevanın doğum günüdür...

97 dəfə baxılıb 7-03-2024, 12:38

Qənirə Paşayevanın doğum günüdür...


Bu gün mərhum deputat Qənirə Paşayevanın doğum günüdür. O, 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülüb.

28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa da Qənirə Paşayevanın doğum günü ilə bağlı paylaşım edib.

O qeyd edib ki, Qənirə xanım Paşayevanın şəhid ailələrinə, qazilərə, yaradıcı insanlara, ona müraciət edən vətəndaşlara yüksək diqqət-qayğısı, həssasiyyəti xüsusi bir örnək təşkil edir. "Əziz Qənirə xanımı doğumunun 49-cu ildönümündə sevgi-sayğı ilə anırıq. Ruhu şad olsun!", - paylaşımda deyilir

Yeri gəlmişkən, Qənirə Paşayeva barədə açıq mənbələrdə onun doğum gününün martın 24-də olduğu bildirilir.  Məsələni aydınlaşdırmaq üçün mərhum deputatın əmisi professor Qəzənfər Paşayevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputatın əmisi bildirib ki, Qənirə Paşayevanın doğum gününü hər il 7 mart tarixində qeyd edirlər.

“Elə indi qəbirüstünə gedirik. Ümumiyyətlə hər il Qənirənin doğum günü 7 martda keçirilir. 24 mart tarixi isə rəsmi sənəddə yazılandır”,- o deyib.(Modern)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi