hia.az
hia.az

Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu

133 dəfə baxılıb 5-03-2024, 14:02

Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu


Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib.

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Eyni zamanda yeni yaradılan təşkilatın nizamnaməsi də təsdiq olunub.

Yalnız rejissor Oqtay Mir Qasım birləşmənin əleyhinə olub.

Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

***

Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqınının sədrliyinə namizədliyini geri götürüb.

Sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib. Onun namizədliyi təsdiq edilib.(“Report”)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi