hia.az
hia.az

Ev təsərrüfatlarının bu il üçün inflyasiya gözləntisi

175 dəfə baxılıb 28-12-2023, 09:55

Ev təsərrüfatlarının bu il üçün inflyasiya gözləntisi

Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntisinə təsir edib. Aparılan sorğulara görə, ev təsərrüfatları 12 ay üçün ölkədə 2,4 % inflyasiya gözləyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

"Təhlillər göstərir ki, baza effektindən əlavə illik inflyasiya xarici və daxili amillərdən, o cümlədən həyata keçirilən antiinflmyasiya siyasətindən təsirlənərək azalıb. Ticarət tərəfdaşlıqları üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir edib", - deyə Bəyanatda qeyd olunub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 109,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 %, qeyri-ərzaq məhsulları üzrə 108,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 % təşkil edib. Noyabrda isə istehlak qiymətləri indeksi oktyabrla müqayisədə 99,8 %, ötən ilin noyabr ayına nisbətən 102,6 % olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi