hia.az
hia.az

Paşinyan dalana dirəndi: Bir tərəfdə Soros, digər tərəfdə Putin - NƏ BAŞ VERİR?

23 dəfə baxılıb 20-12-2023, 10:20

Paşinyan dalana dirəndi: Bir tərəfdə Soros, digər tərəfdə Putin - NƏ BAŞ VERİR?

Ermənistan hakimiyyətində “sorosçular”la Rusiyaya yaxın kadrlar arasında qarşıdurma yaranıb.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Sorosun Ermənistan hakimiyyətdəki adamlarının hədəfi təkcə daxili işlər naziri Vahe Kazaryan deyil. Əgər ona qarşı reyder aksiyaları ictimai təzahürlərə malikdirsə, “sorusçular” iqtisadiyyat naziri Vahan Kerobyana qarşı kölgə mübarizəsi aparır, Nikol Paşinyanın bu naziri işdən çıxarmasını tələb edirlər”-deyə adıçəkilən media orqanı yazır.

““Sorosçular” Kerobyanı rus casusu hesab edir və iddia edirlər ki, Kerobyan məhz buna görə Qərbin sanksiyaları təhlükəsindən yan keçərək Ermənistandan və ya Ermənistan ərazisindən Rusiyaya ixracına qadağa qoyulan malların ixracına icazə verir. Hakimiyyətdəki mənbələr bildirirlər ki, Soros çoxdan Paşinyanın Kerobyanı istefaya göndərməsini birbaşa tələb edir. Lakin nazir hələ də Paşinyanın himayəsindədir”,- deyə qəzet bildirir. O da bildirilir ki, nazirin adı vəzifədən azad edilməli olan nazirlər siyahısında olmayıb.

“Söhbət Qarabağdakı hadisələrdən əvvəl yayılan siyahıdan gedir”,-deyə “Qraparak” yazıb.

Qeyd edək ki, hələ bu ilin əvvəlində Avropa ölkələri istehsalı olan və Ermənistana ixrac edilmiş məişət texnikasındakı mikrociplərin Rusiyaya satıldığına dair faktlar ortaya çıxmışdı. Həmin mikrociplər Ukraynadakı müharibədə istifadə olunan Rusiya raketlərində aşkar edilmişdi. Bundan sonra Avropa İttifaqı və ABŞ Ermənistanı sanksiyalarla hədələdi.

Sözügedən məlumat Qərbin sanksiyalar tətbiq etdiyi mal və məhsulların Ermənistanla Rusiya arasında gizli ticarətinin aparıldığını sübut edirdi. “Hraparak” qəzetinin məqaləsi bu əməliyyatların Vahan Kerobyanın əli ilə aparıldığını deməyə əsas verir. Kerobyanın istefaya göndərilməsi Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistanı həm Rusiyaya qarşı sanksiyalar prosesinə qoşmaq, həm də Moskvanın bölgədəki iqtisadi və siyasi təsirlərini azaltmaq məqsədi daşıyır.

Politoloq Cümşüd Nuriyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin sürətlə artması qeyd edilən məlumatların həqiqət olduğuna dəlalət edir. Bu isə Qərbin Nikol Paşinyana təzyiqlərinin artmasına səbəb olacaq:

“Son iki ildə Ermənistanın ümumi daxili məhsulu qəfildən 12-13 faiz yüksəlib. Bu, Ermənistan kimi kiçik ölkə üçün çox böyük göstəricidir. Eyni zamanda, son iki ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi xeyli artaraq 5 milyard dollara çatıb. Üstəlik Ermənistana investisiyaların cəlb edilməsi, innovativ idarəetməyə keçilməsi, “Know-how” sahəsində yeniliklərə keçilməsi iqtisadiyyat nazirinin təşəbbüsüdür.

Rusiya çox arxayın idi və Ermənistanda vəziyyətə tam nəzarət edirdi. Amma ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də Ermənistanda fəal işləyir. Əgər iqtisadiyyat nazirini vəzifədən azad etsələr, Ermənistan şanslarını itirəcək. Çünki Ermənistan bütün iqtisadi maraqlarını Rusiya ilə bölüşüb”.

Həmsöhbətimiz hesab edir ki, Paşinyan Kerobyanı işdən çıxartmaq məcburiyyətində qala bilər:

“Çünki Paşinyanın özünün də vəziyyəti qeyri-müəyyəndir. Bir həftədən sonra Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakdan imtina etsə, Rusiyanın hücumuna məruz qalacaq. Ona görə də Paşinyan öz mövqeyini qorumaq üçün Rusiyanın adamını kənarlaşdırmaq məcburiyyətindədir. Hazırda Paşinyanın vəziyyəti yaxşı deyil”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi