hia.az
hia.az

"Qarabağ" sözünü öyrəndilər: Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi - FOTO

110 dəfə baxılıb 26-10-2023, 10:01

"Qarabağ" sözünü öyrəndilər: Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi - FOTO

Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi də əvvəlki adətindən əl çəkə bilib.

Qurumun 25 oktyabr tarixli bülletenində "Dağlıq Qarabağ" ifadəsinə yol verilməyib. Əvəzində bu ərazi olduğu kimi - "Azərbaycanın Qarabağ iqtisadi rayonu" deyə qeyd olunub.

Bundan əlavə, indiyə qədər işlətdiyi "Stepanakert" sözünün yerinə şəhərin əsl adı - Xankəndi yazılıb.

Yada salaq ki, Rusiya Müdafiə Nazirliyi Fərrux kəndinin adını belə, düzgün ifadə edə bilmirdi. Cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi sözügedən ərazinin adının doğru yazılmasını tələb edən bəyanatla çıxış edirdi.

Xatırladaq ki, iki gün öncə Tehranda baş tutan "3+3" görüşü haqda danışan Lavrov da dilindən düşməyən "Dağlıq Qarabağ" əvəzinə "Qarabağ" deyib.(Ölkə.Az)
"Qarabağ" sözünü öyrəndilər: Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi