hia.az
hia.az

Heydər Əliyev Sarayında “Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq

331 dəfə baxılıb 24-11-2018, 15:11

Heydər Əliyev Sarayında “Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq

Dekabrın 29-30-da Heydər Əliyev Sarayında uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv, musiqili “Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq.

Saraydan AZƏRTAC-a bildirilib ki, simfonik orkestrin müşayiəti ilə baş tutacaq musiqili-nağılda uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət edəcəklər.

Görəsən nağıl qəhrəmanları Yeni ili xilas edə biləcəklərmi? Qəhrəmanların dostluğu yeni nağıl yaratmağa və bütün maneələrin aradan qaldırılmasına köməklik edəcəkmi? Musiqili-nağıl ən populyar cizgi filmlərinin motivləri əsasında hazırlanıb. Yeni il şənliyində simfonik orkestrin müşayiəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri “Gözəl və Bədheybət”, “Soyuq ürək”, “Ələddin”, “Pinokkio”, “Mulan”, “Kral Şir”, “Su pərisi”, “Vinni Pux” və başqalarından musiqilər səsləndiriləcək.

Cavad Tağızadənin dirijorluğu ilə keçiriləcək musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdu (Moskva).

Saat 12:00 və 15:00-da başlayacaq musiqili-nağılın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi