hia.az
hia.az

Maliyyə Nazirliyində yeni TƏYİNATLAR

217 dəfə baxılıb 28-04-2022, 11:52

Maliyyə Nazirliyində yeni TƏYİNATLAR


Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Xaqani Rzayev Nazirliyin Aparatının Dövlət aparatının maliyyə şöbəsinin müdiri, Nazirliyin Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri, Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə Nazirliyin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər.

Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinin icrası Agentliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin icrası isə Mərkəzin İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucovaya həvalə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi