hia.az
hia.az

Sürücünü döyən yüksək vəzifəli məmur danışdı – Video

481 dəfə baxılıb 26-04-2022, 09:13

Sürücünü döyən yüksək vəzifəli məmur danışdı – Video


Bakıda 10 VX 707 dövlət qeydiyyat nişanlı "Leksus" markalı maşının sürücüsü motosiklet sürücüsünü vuraraq təhqir edib.

Hia.az ın Gundelikxeber.az-a istinadən məlumatına görə, videodan aydın olur ki, yoluna çıxdığına görə motosiklet sürücüsü "Leksus" sürücüsünə etiraz edir, bu zaman bahalı maşının sahibi motosikletin qarşısını kəsir. Motosiklet sürücüsünü keçərkən maşınla vuran sürücü sonra avtomobilindən düşərək, motosiklet sürücüsünü təhqir edir və vurur.

Sosial şəbəkədə vətəndaşı döyüb təhqir edən şəxsin kimliyi də açıqlanıb. Qeyd olunub ki, o, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.

O, ARPİA MTK-nın sahibidir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı araşdırma başlanıldığını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi