hia.az
hia.az

"Ruslar Qara dənizin ancaq dibini görəcəklər" - Zelenski

146 dəfə baxılıb 3-03-2022, 16:58

"Ruslar Qara dənizin ancaq dibini görəcəklər" - Zelenski

"Dost ölkələrin bizə köməyi davam edir, silah dəstəyi artır".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı deyib.

"Müdafiəmizin bütün xətlərinin təhlükəsizliyi təmin olunub. Ruslar narahat olub. Odessa şəhərini məhv etmək istəyirlər. Amma Qara dənizin ancaq dibini görəcəklər", - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq Ukraynaya gəlib.

V.Zelenski həmçinin Rusiyanın taktika dəyişdirdiyini vurğulayıb: "Qarşı tərəf şəhərlərimizə ancaq raket atır. Bu, şəhərlərimizə heç nə edə bilmədiklərinin göstəricisidir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi