hia.az
hia.az

Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırıldı - SƏRƏNCAM

132 dəfə baxılıb 3-03-2022, 15:03

Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırıldı - SƏRƏNCAM

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırılıb.

Belə ki, Əlaqələndirmə Qərargahının üzvlərinin siyahısına Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov əlavə edilib.

Bundan əlavə, "Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri “Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri", səhiyyə naziri “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri, “Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini” sözləri “Vüqar Süleymanov – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.” sözləri ilə əvəz edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi