hia.az
hia.az

Bakıda koronavirusa ən yüksək yoluxma hansı ərazidədir?

309 dəfə baxılıb 3-04-2021, 19:42

Bakıda koronavirusa ən yüksək yoluxma hansı ərazidədir?

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.


Hia.az "koronavirusinfo.az"a istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,9 faizi həmin rayonun payına düşür.

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,3 faizi Xətai, 12,3 faizi Yasamal, 10,7 faizi Sabunçu, 8,3 faizi Nərimanov, 8,1 faizi Suraxanı, 8 faizi Nəsimi, 7 faizi Nizami, 6,9 faizi Xəzər, 5,1 faizi Səbail, 4,9 faizi Qaradağ, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 53,7 faizi paytaxtda qeydə alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi