hia.az
hia.az

İndoneziyada sunami nəticəsində 431 nəfər öldü - FOTO

346 dəfə baxılıb 30-12-2018, 15:55

İndoneziyada sunami nəticəsində 431 nəfər öldü - FOTOİndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.

Unikl.org TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 46 mindən çox yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb, təqribən 1,5 min yaşayış obyekti tamamilə dağılıb.

Daha çox insan itkisi Yava adasının Banten əyalətində yerləşən Pandeqlanq və Seranq rayonlarında, həmçinin Sumatranın Lampunq əyalətində qeydə alınıb.

Daha əvvəl İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi