Ağ Ev Ankaranın bəyanatını təkzib etdi
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşündə Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyinə dair heç bir söz verməyib.
Unikal.org xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir. Bununla da Vaşinqton Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərini təkzib edib.
“ Argentinadakı “G20” sammiti çərçivəsində Ərdoğanla görüşü zamanı prezident (Donald Tramp) Fətullah Gülənin təhvil verilməsi barədə öhdəlik götürməyib” – bəyanatda vurğulanır.
Qeyd edək ki, Çavuşoğlu “G20” sammiti çərçivəsində Ərdoğanla Trampın iki ölkə arasında gərginlik yaradan “F-35” qırıcı təyyarələri ətrafındakı məsələni, həmçinin Gülənin təhvil verilməsini müzakirə etdiklərini və Trampın buna razılıq verdiyini bildirib.(azvision)
13-10-2026, 14:44 Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir
13-10-2026, 12:46 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir
30-09-2026, 15:46 Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib