hia.az
hia.az

Balakəndə restoranda toy edənlər cərimələndi

365 dəfə baxılıb 3-04-2021, 19:51

Balakəndə restoranda toy edənlər cərimələndi


Balakəndə şəhər ərazisində yerləşən “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi dayandırılıb.

Sanitar-karantin qaydalarını pozan restoranın sahibi, xidmət personalı, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.

Həmçinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi