hia.az
hia.az

Bayramdan sonra necə qidalanaq? – VİDEO

361 dəfə baxılıb 1-01-2019, 15:29

Bayramdan sonra necə qidalanaq? – VİDEOİl ərzində ölkəmizdə müxtəlif bayramlar qeyd olunur. Bayramların əsas atributlarından biri gözəl süfrələrdir. Mətbəximizin müxtəlif dadlı teamları ilə zəngin olduğunu nəzərə alsaq, bayram süfrələrimizin nə dərəcədə möhtəşəm olduğunu təsəvvür etmək olar.

hia.az xəbər verir ki, reallıqda süfrələrin gözəl olması ilə yanaşı, sağlamlığa zərər verməməsi də əhəmiyyətlidir.

Dietoloq Ləman Süleymanova deyir ki, bayram günlərində yuxudan səhər saat 07.00-da oyanmaq məsləhətdir.

Oyandıqdan sonra günə bir ya iki bardaq su içməklə başlaya bilərik.

Dietoloqun sözlərinə görə, yağlı yeməklərin yanında mütləq limondan istifadə edilməlidir. Qazlı içkilərdən isə mümkün qədər istifadə etməmək lazımdır. Əks halda iki günə 3 kq-dək çəki ala bilərik.

Mütəxəssislərin rəyinə görə, ümumiyyətlə, bayram süfrəsindən qalmış yeməklərdən istifadə etmək düzgün deyil. Xörək süfrədə bir-iki saat qaldıqdan sonra onun içində bakteriyalar inkişaf edir. Həmin xörək soyuducuya qoyulub təkrar yeyiləndə, zəhərlənmələrə səbəb ola bilər. Xörəklərin az hazırlanması və süfrəyə verilməsi düzgün hesab olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi