hia.az
hia.az

Samuxda partlayış olub, yaralanan var

309 dəfə baxılıb 1-01-2019, 15:27

Samuxda partlayış olub, yaralanan varSamuxda ümumi sahəsi 70 m² olan birmərtəbəli üç otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

hia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Qədili kəndində baş verib.

Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanıq xəsarəti almış bir nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi