hia.az
hia.az

Yasamal rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan iki nəfər cərimələnib

309 dəfə baxılıb 28-12-2018, 12:50

Yasamal rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan iki nəfər cərimələnibPolis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində kəsərli tədbirləri fasiləsiz davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 27-də nazirliyin Baş İctimai Təhlükəsizlik və Yasamal Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər. Reydlər nəticəsində rayon ərazisində iki köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.

Həmin mağazaların iki satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. Satıcıların hər biri 100 manat məbləğində cərimələnib.

Bu istiqamətdə reydlər davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi