hia.az
hia.az

Eldar Əzizov: Bakının yeni baş planı hazırlanır

283 dəfə baxılıb 25-12-2018, 14:45

Eldar Əzizov: Bakının yeni baş planı hazırlanırBakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.

hia.az xəbər verir ki, bunu “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

O qeyd edib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib.
Onun sözlərinə görə, Bakının prezident İlham Əliyevin layihələrində daim böyük yeri olub.

İcra başçısı vurğulayıb ki, görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub.

E.Əzizov qeyd edib ki, ötən illər ərzində Bakıda avtomobillərin sayı iki dəfə artaraq 663 minə çatıb. O bildirib ki, prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir.

E.Əzizovun dediyinə görə, 2005-ci ildə Bakıda 40-a yaxın hotel olubsa, hazırda bu rəqəm dörd dəfə artıb. Bakı keçmiş sovet məkanında beş ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb. İcra başçısı bildirib ki, təkcə bu il Bakını iki milyondan artıq turist ziyarət edib və proqnozlara görə, bu rəqəm artacaq.

E.Əzizov vurğulayıb ki, 15 ildə Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artmaqdadır. Bu, Bakının inkişafından xəbər verir.

İcra başçısı vurğulayıb ki, beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan beş şəhərdən biri hesab edilir.

E.Əzizov əlavə edib ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır:

“Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib.

Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi