hia.az
hia.az

Metronun 28 May stansiyasında sıxlığın səbəbi məlum oldu

256 dəfə baxılıb 25-12-2018, 14:43

Metronun 28 May stansiyasında sıxlığın səbəbi məlum oldu
Bakı Metropoliteninin 28 May stansiyasının əsas girişi müvəqqəti bağlanıb.

Bu barədə hia.az-a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, metronun girişi saat 19.00 radələrində 5 dəqiqəlik bağlanıb:
“Buna səbəb həmin saatlarda metroda sərnişin sıxlığının çox olması olub. Sərnişin sıxlığını aradan qaldırmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək məsədilə əsas giriş qısa müddətə bağlanıb. Sərnişinlərin tam təhlükəsiz hərəkəti bərpa edildikdən sonra giriş açılıb və normal qaydalara uyğun şəkildə stansiya fəaliyyətini davam etdirib. Hazırda sıxlıq aradan qaldırılıb. Qatarların hərəkətində heç bir gecikmə yoxdur”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi