hia.az
hia.az

Mağazalardan xeyli sayda partlayıcı və pirotexniki vasitələr aşkarlanaraq götürülüb

334 dəfə baxılıb 24-12-2018, 13:40

Mağazalardan xeyli sayda partlayıcı və pirotexniki vasitələr aşkarlanaraq götürülübPolis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin və pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 22-də keçirdikləri növbəti reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 5700, Xırdalan şəhərində köşkdən 11 min 536 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitə aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi