DSX: İrandan Azərbaycana dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 20-də Yardımlı rayonunun Deman kəndi ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçıblar. Xidməti sahədən qaçaqmalçılara məxsus 6 kiloqram 580 qram marixuana və 70 qram heroin götürülüb.
Həmin gün DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılıb.
Dekabrın 21-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Babı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş tədbirlər nəticəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları 1993-cü il təvəllüdlü Rubel İmya Abdulmanan və 1996-cı il təvəllüdlü İslam Ariful Abdulla saxlanılıblar. Araşdırma zamanı Banqladeş vətəndaşlarının yeddi ay əvvəl Azərbaycana rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozmaqda məqsədlərinin İrana, oradan isə qeyri-qanuni yolla Türkiyəyə miqrasiya etmək olduğu üzə çıxıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |