hia.az
hia.az

Bakı-Quba yolunda TIR-ın aşması nəqliyyatın hərəkətini iflic etdi

263 dəfə baxılıb 20-12-2018, 13:32

Bakı-Quba yolunda TIR-ın aşması nəqliyyatın hərəkətini iflic etdiDekabrın 19-da Xızıda yük avtomobilinin qəzaya uğraması Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda avtomobillərin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub.

hia.az AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxtdan Quba istiqamətində hərəkətdə olan və xurma ilə yüklənmiş nəqliyyat vasitəsi rayonunun Yaşma kəndi ərazisində aşıb.

Qəza səbəbindən axşam saatlarında həm Bakı, həm də əks istiqamətdə yolda bir neçə kilometrlik tıxac yaranıb.

Hadisə şahidlərinin bildirdiklərinə görə, qəza yolun təmir olunan hissəsində baş verdiyindən avtomobillərin hərəkətini tənzimləmək daha da çətinləşib.

Qəzanın baş verdiyi əraziyə cəlb olunan Dövlət Yol Polisi əməkdaşlarının müdaxiləsindən sonra bir neçə saat ərzində yolda avtomobillərin normal hərəkəti təmin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi