hia.az
hia.az

Gədəbəydə ər və arvad yanıq xəsarətləri alıb

377 dəfə baxılıb 25-11-2018, 12:52

Gədəbəydə ər və arvad yanıq xəsarətləri alıbGədəbəy rayonunda 2 nəfər şəxs ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Turşusu kəndində 1985-ci il təvəllüdlü yerli sakin Samir Məmmədov evindəki qaz sobasını yandıran zaman ehtiyatsızlığa yol verib və nəticədə alov sobadan kənara yayılıb.

Bu zaman özü və sobanın yaxınlığında olan 1995-ci il təvəllüdlü həyat yoldaşı İlahə Məmmədova əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Samuxda yarımstansiyada yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan baş verən qısapanma nəticəsində bir nəfər yanıq xəsarətləri alaraq ölüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi