hia.az
hia.az

Yeni “Tufan” sərhəd gözətçi gəmisi Xəzər dənizində xidməti-döyüş fəaliyyətinə başlayıb

322 dəfə baxılıb 24-01-2019, 12:57

Yeni “Tufan” sərhəd gözətçi gəmisi Xəzər dənizində xidməti-döyüş fəaliyyətinə başlayıb
Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-206 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi yanvarın 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkil olunması üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi