hia.az
hia.az

Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur

346 dəfə baxılıb 18-11-2018, 13:28

Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunurDövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə bəzi dəyişiklərin edilməsi ilə bağlı təkliflər irəli sürüb.

hia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün kifayət qədər təkliflər var:

“Bu təkliflər sertifikatlar və onların əldə edilməsi, sertifikat əldə edən şəxslərin müsahibədə iştirakı, elmlər namizədi olan şəxslərin dövlət qulluğunun imtahan mərhələsindən azad edib, müsaqibə mərhələsinə keçirib işə təyin edilməsi ilə bağlıdır. Qanun çox böyük həcmlidir. Dəyişiklər qanun qəbul olunanda tam şəkildə olmalıdır ki mexanizm çevik olsun.

Rəhbər vəzifələrdə kifayət qədər boş yer var. İnzibati vəzifələrdə iştirak etmək istəyənlərin sayı kifayət qədərdir. Onların çoxu bundan uğurla keçə bilmir. Bu da onu göstərir ki, müsahibə mərhələsinə namizədlər məsuliyyətli yanaşmır”.

Sədr qeyd edib ki, müəyyən hallarda dövlət orqanları da həmin namizədlərə sərt yanaşır:

“Tələblər yüksəkdir və o tələblərə uyğun olan namizədlərin sayı azdır. Yüksək keyfiyyətli namizədlər əməkhaqqı yüksək olan özəl sektorda rahat və tez iş tapırlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi