hia.az
hia.az

Zəlimxan Yaqubun xatirəsi anılıb

305 dəfə baxılıb 10-01-2019, 12:54

Zəlimxan Yaqubun xatirəsi anılıbBu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından üç il ötür.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu münasibətlə tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək tanınmış şairin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Zəlimxan Yaqub kim şairlərin heç vaxt unudulmayacağını söyləyən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu vəfatından keçən 3 il müddətində şairin kitablarının Qazaxıstan və İranda işıq üzü gördüyünü söyləyib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Zəlimxan Yaqubun təkcə Azərbaycan ədəbiyyatında deyil, türk dünyasında sevilən şair olduğunu bildirib və onun dünya ədəbiyyatında mövqeyindən söhbət açıb. Şairin zəngin həyat yolundan danışan alim onun nəinki görkəmli şair, ədəbiyyatçı, həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, xalqın sevgisini qazanmış Zəlimxan Yaqub sağlığında həm Azərbaycanın, həm də Gürcüstanın müxtəlif ali dövlət mükafatlarına layiq görülmüşdü.

Mərasimdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Təbrizdən gəlmiş qonaq, “Mişov dağı” jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, şairlər Yusif Nəğməkar, Zaməddin Ziyadoğlu və başqaları Zəlimxan Yaqubun poetik təfəkküründə milli mənəvi dəyərlərin geniş yer tutduğunu bildiriblər.

Vurğulanıb ki, şair ömrünün 40 ilini Azərbaycan poeziyasının inkişafına həsr edib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi