Səfirlik: Türkiyədə gəmi qəzasında ölən Məmmədəli İbrahimovun cənazəsi bu gecə Azərbaycana göndəriləcək
Qara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı - gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi bu gecə “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək.
Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev AZƏRTAC-a bildirib ki, cənazənin göndərilməsi “Volgabalt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir.
Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.
Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir.
4-08-2026, 16:43 Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb